Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni qanun layihəsi işləməsi və bu qanunda, əlilliyi olan şəxslərə qulluğa görə təqaüd qulluq edən şəxsin özünə ödənəcək məsələsi ilə bağlı əlilliyi olan şəxslərin feysbuk sosial şəbəkəsində ciddi narazılığına səbəb olub.Onlar bu qanun layihəsinin düzgün olmadığını və bu məbləğin əlilliyi olan I qrup şəxslərin kart hesabına otuzdurulmasını istəyirlər. Onlar qeyd edir ki, özümüz müəyyən edə bilərik ki,bizə kim baxacaq,bəlkə biz kənardan baxıcı gətiririk. Bununla bağlı hətta nazirliyin feysbuk səyfəsnə və əlilliyi olan şəxslərin öz səyfələrində narazılığla bağlı müraciətlər paylaşılıb. Sosialxəbər.az olaraq,bu müraciətləri təqdim edirik.

Vüqar Xəlillov:
Cənab nazir
Mən 1 – ci qrup əliləm , dövlətimizin mənə verdiyi 50 azn mənim özümə verilməlidir . Kim mənə qulluq edirsə həmin 50 azn mən 1 – ci qrup əlil olaraq həmin şəxsə verəcəm .
Bürokratik əngəllər azdir ki , bir neçəsini də siz yaradırsınız . Mənə bu ay qardaşım qulluq edirsə həmin pulu ona verəcəm . Gələn ay qardaşım mənə qulluq etməsə 50 azn taleyi necə olacaq ??? …
1 – ci qrup əlillərə veriləcək 50 azn təqaüdün kimə veriləcəyinə niyə siz qərar verirsiniz ???
50 azn sizlərə verilir yoxsa biz əlillərə !!!
İmkan verin pulumuzu kimə verəcəyimizə biz əlillər qərar verək …

Qeyd edək ki, bu Nazzirliyin yaydığı məlumata görə,I qrup əlilliyi olan şəxslərə qulluğa görə təqaüd qulluq edən şəxsin özünə ödənəcək. Hazırlanmış ilkin layihədə qulluq edənin müəyyən edilməsi üçün tələb olunan sənədlərə qulluq edənin şəxsiyyət vəsiqəsi, müvafiq yerli icra hakimiyyəti orqanının vətəndaşın I qrup əlilliyi olan şəxsə qulluq göstərməsinə dair arayışı və Dövlət Sosial Müdafiə Fondunun yerli bölməsinə ərizəsi daxildir.