Sosialxəbər.az xəbər verir ki, bu gün Sumqayıt şəhərində fəaliyyət göstərən “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi (ƏSMİD) “Novruz” bayramı ilə əlaqədar “Yaz Düşüncələri” adlı tədbir təşkil etdi ..Tədbiri giriş sözü ilə açan “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İB rəhbəri Səbinə Kərimova iştirakçıları salamladı və təşkilatın son bir ildə gördüyü işlər barədə hesabatını təqdim etdi.

O,bildirdi ki, görülən işlər çoxdur və məqsəd əlilliyi olan şəxslərin sosial rifahının yaxşılaşdırılmasına dəstək verməkdir. Təşkilatın Nizamnaməsində qeyd olunduğu kimi əlilliyi olan şəxslərin təhsilə,peşəyə cəlb olunması üçün bir sıra işlər görülür və ardıcıl olaraq davam edəcək.O,bildirdi ki, Prezidentimiz İlham Əliyevin cəmiyyətimizin bütün təbəqələrinə, o cümlədən əlil vətəndaşlara daim diqqət və qayğı göstərir.Son verilən sərəncamlarda əhalinin həsas təbəqəsi olan əlilliyi olan şəxslərin həyat şəraitinin yaxşılaşdırılması və atılan addımlarda bunun bariz nümunəsidir. Əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir deyə vurğuladı.

Sonra qeyd etdi ki, Təşkilat tərəfindən 2018-ci ilin noyabr ayından start götürən “Sağlam Düçüncə,Sağlam Cəmiyyətdir”- Sumqayıt şəhərində ümumtəhsil və ali təhsil müəssisələrində təşkil olunan Əlilliyi Olan şəxslərlə davranış qaydaları mövzusunda keçirilən təlimlərdə fəallıq nümayiş etdirən təşkilat üzvüləri diplomlarla təltif olundular. Sonra Sumqayıt Bələdiyyəsinin nümayəndəsi Gülrəng Nağıyeva,Sumqayıt şəhər Təhsil şöbəsinin Metodiki kabinetinin müdiri Gülbahar Haqverdiyeva,Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İB sədri Zenfira Mustafayeva,Əsgər Ailələrinə Dəstək İB sədri Mətanət Əsgərqızı,Gələcəyə Baxış Avropaya İnteqrasiya İB sədri Bəsti Nəsibova və Azərbaycan Milli Tarix Muzeyinin elmi işçisi Sahibə Ələkbərova Novruz bayramı münasibəti ilə təşkilat üzvülərini təbrik etdilər.Tədbir musiqli və əyləncəli proqramla davam etdi.