Dünyanin ən məşhur 16 bankı valyuta dəyişmə proseslərində manipulyasiya etdikləri üçün məhkəməyə verilib.

Sosialxəbər.az teleqraf.com-a istinadən xəbər verir ki, dünyanın məşhur fond idarəçiləri bu 16 məhkəmədən milyardlarla dollar təzminat tələb edir.
Məlumata görə, məhkəmə iddiası oktyabrın 7-də Nyu-Yorkun Manhattan bölgə məhkəməsi tərəfindən qəbul olunub.

BlackTock və Allianz kimi məşhur fond idarəçilərinin qaldırdığı iddiada Amerika Bankı, Deutsh Bank, Morgan Stanley, MUFG Bank, Royal Bank of Kanada kimi məşhur banklar daxil olmaqla 16 bank ittiham olunur.

İddiaçılar bu bankların 2003-2013-cü illər arasında həyata keçirilən valyuta dəyişmə prosesi ilə əlaqədar alqı-satqı əməliyyatlarını öz aralarında gizli müzakirə etməklə ABŞ-ın antiinhisar qanunlarını pozmaqda təqsirli bilirlər.