Yasamal rayonunda 40 yaşlı kişi kəsici alətlə özünə xəsarət yetirib.

Sosialxəbər.az xəbər verir ki, 1979-cu il təvəllüdlü Şıxəliyev Şirəli Gülabbas oğlu yaşadığı evin həyətində özünü iti alətlə yaralayıb.

O, ağır vəziyyətdə 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb və təcili olaraq cərrahi əməliyyat edilib.

Xəstəxananın növbətçi cərrahı Bəhram Zeynalovun sözlərinə görə, Ş.Şıxəliyev ülgüclə qarnına xəsarət yetirib.

Vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisənin dəqiq hansı səbəbdən baş verməsi araşdırılır.


Warning: A non-numeric value encountered in /home/sosialxe/public_html/wp-content/themes/Newsmag/Newsmag/includes/wp_booster/td_block.php on line 352