21-30 iyun tarixlərində Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarında mübarizə aparacaq cüdoçularımızın adlarına aydınlıq gəlib.

Sosialxəbər.az-ın xəbərinə görə, komandamız Şərqi Avropa ölkəsində 13 idmançı ilə mübarizə aparacaq.

Kişi millimiz yalnız bir çəkidə (-81 kq) təmsil olunmayacaq. Digər altı çəkidə doqquz idmançımız olacaq. Bunlar Orxan Səfərov, Kəramət Hüseynov (hər ikisi -60 kq), Nicat Şıxəlizadə (-66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi -73 kq), Məmmədəli Mehdiyev (-90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi -100 kq) və Uşanqi Kokauridir (+100 kq).