Sabunçu rayonunda minik avtomobili 32 yaşlı kişini vurub.

Sosialxəbər.az xəbər verir ki, Maştağa qəsəbəsində minik avtomobili piyada, 1987-ci il təvəllüdlü Ağayev Bəhruz Balamirzə oğlunu vurub.

O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Yaralıya hər iki baldır sümüyünün sınığı, kəllə-beyin travması, hər iki aşağı ətrafın sınığı diaqnozu qoyulub.

B.Ağayev təcili olaraq cərrahi əməliyyat edilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.


Warning: A non-numeric value encountered in /home/sosialxe/public_html/wp-content/themes/Newsmag/Newsmag/includes/wp_booster/td_block.php on line 352