Bakı-Qazax yolunda baş vermiş iki ayrı qəzada 3 mikroavtobus iştirak edib.

Sosialxəbər.az xəbər verir ki, əvvəlcə yolunun “Stansiya Goran” ərazisindən keçən hissəsində mikroavtobusla “VAZ-2106” markalı maşın toqquşub.

Az sonra həmin yerdə daha iki mikroavtobus toqquşub. Birinci qəzaya baxmaq üçün dayanan avtobusa arxadan digər avtobus çırpılıb.

İki qəza nəticəsində 3 nəfər xəsarət alıb. Bunlar 1999-cu il təvəllüdlü Tərtər rayon sakini Elgiz Şirinov, 1989-cu il təvəllüdlü Bakı şəhər sakini Alek Sərxanov və 1968-ci il təvəllüdlü Qazax rayon sakini Fariz Carçıyevdir.

Yaralılar xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.


Warning: A non-numeric value encountered in /home/sosialxe/public_html/wp-content/themes/Newsmag/Newsmag/includes/wp_booster/td_block.php on line 352