Bakıda ölümlə nəticələnən yanğın faktı qeydə alınıb.

Sosialxəbər.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, paytaxtın Sabunçu rayonunda dörd otaqlı evdə baş verən yanğının kəşfiyyatı zamanı 2018-ci il təvəllüdlü Ağamirzəyeva Zibeydə Elxan qızının yanmış meyiti aşkar olunub.

Yanğın zamanı daha bir nəfər xəsarət alıb.