Nazirlər Kabinetinə yeni şöbə müdiri təyin edilib.

Sosialxəbər.az xəbər verir ki, bununla bağlı baş nazir Novruz Məmmədov müvafiq əmr imzalayıb.

Müsəddiq Məmmədov Nazirlər Kabineti Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri təyin edilib.

Baş nazirin digər əmrinə əsasən, Nazirlər Kabinetinin mətbuat xidmətinə də rəhbər təyinatı olub. Ayaz Mirzəyev mətbuat xidmətinin rəhbəri təyin edilib.