“Beynəlxalq Əlillər Cəmiyyəti” İB 1-ci qrup əlilliyi olan istedadlı gənc Nəbi ilə görüşdü.

“Beynəlxalq Əlillər Cəmiyyəti” İB Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Həssas sosial qruplara aid vətəndaşlar üçün tibbi, hüquqi və psixoloji xidmətlərin təşkili” adlı layihə çərçivəsində qaçqın, məcburi köçkün, müharibə veteranları, əlil və sağlamlıq imkanları məhdud olan şəxslərin tibbi-sosial, hüquqi, psixoloji problemlərinin həlli üçün işlər görür, eləcə də bu istiqamətdə onlarla maarifləndirmə işləri də aparır.

Birliyin mətbuat xidmətin Sosialxəbər.az-a bildirilib ki, e-mail vasitəsi ilə Bakı şəhərindən 1-ci qrup əlil Nəbi Balayev müraciət edərək görüşmək istədiyini bildirib. Nəbi atası Fərahim və kiçik qardaşı Kamranla “Beynəlxalq Əlillər Cəmiyyəti”nin qonağı oldu. O, 4 dəftərdə yazdığı şeirlər, miniatür yazılarını da gətirmişdi. 21 yaşlı Nəbi ilə söhbət zamanı onun istedadlı, öz üzərində çalışan, həyatsevət bir gənc olduğunun şahidi olduq. Serebral iflic xəstəsi olan Nəbiyə yazılarını qələmə almaqda və digər işlərində 6-cı sinif şagirdi olan kişik qardaşı Kamran böyük köməklik edir. Layihənin icraçıları Nəbini və ailə üzvlərini keçiriləcək tədbirlərə dəvət edəcək, eləcə də bu istedadlı gənc barədə aidiyyatı təşkilatları məlumatlandıracaq. Əlilliyi olan insanın həyata, cəmiyyətə daha çox inteqarsıyasına dəstək olacaq.

Görüşdə layihədə könüllü iştirak edənlər – Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Nizami rayon sektorunun müdiri, ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi veteranı, məcburi köçkün Cəsarət Qəhrəmanov və İB-in Tibb şöbəsinin əməkdaşı, ehtiyatda olan tibb xidməti polkovniki, 2-ci qrup əlil İlham Sadıqov da iştirak edirdilər.


Warning: A non-numeric value encountered in /home/sosialxe/public_html/wp-content/themes/Newsmag/Newsmag/includes/wp_booster/td_block.php on line 352