Sosial şəbəkədə hər zaman maraqlı yazılarla diqqəti cəlb edən jurnalist, Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri Mətanət Əsgərqızının bir statusunu təqdim etmək istəyirik.

Bu şəkilin tarixçəsini çoxu bilmir.Az qisim insan var ki, məlumatlıdır. Bu şəkil o zaman çəkilib Fuad Abbasov elan etdi ki, ermənilər onu öldürmək istəyir. O zaman Füzuli Məmmədov ona dəstək üçün təhlükəsizliyini təmin etmək niyyətini bildirdi. Fuad Abbasovla görüşüb. Bu həmin gün idi ki, hamı Fuadı axtarır və düşünürdülər ki, onu ermənilər götürüblər. Fuad isə bir restoranda Füzuli Məmmədovla görüşüb onunla çörək kəsirdi. İnsanlar dəliyə dönərək hamı axtarır və zəng vururdu.Fuad Abbasov isə zənglərə cavab vermirdi…Həmin görüşdə yaradılacaq İttifaq barədə Füzulu Məmmədov danışmışdı.Fuada hər bir azərbaycanlının diaspora işində gücünü birləşdirməsini tövsiyyə etmişdi. Lakin görünür Fuad Abbasovun “mən”i ona bu məsələdə mane oldu.İndi hər kəsin “birləşin” sözündən görünür narahatlıq hissi keçirir.Ona görə də Füzuli Məmmədova atılan çamura cavab verən insanlara həqarət edir. Xüsusi ilə qadınlara …Birinə deyir trolsunuz, o birinə deyir Füzuli Məmmədovun puluna görə müdafiə edirsiniz. Niyə həqiqəti deyənlər Fuad Abbasov tərəfindən söyülür??? Fuad Abbasov görəsən Füzuli Məmmədovdan həmin görüşdə nə istədi ki, yox cavabı aldı.İndi ona qarşı qaralama kampaniyası aparır…

P.S. Fuad Abbasov bizim sizinlə heç bir düşmənçiliyimiz yoxdur. Siz də azərbaycanlı övladısınız. Savadlı jurnalistsiniz bunu danmıram. Amma sonuncu çıxışınızda çox böyük səhvə yol verdiniz.
Heç kimdən incimirəm deyərək hamını təqqir etdiniz.” İt hürər karvan keçər”misalını çəkməklə. O, cümlə ilə siz azərbaycanın bütövlüyü uğrunda canlarını sipər edən qazisindən tutmuş bir azərbaycan xanımına kimi hamını təqqir etdiniz. Olsun… hər kəsin öz səviyyəsi var. Məni müqəddəs ayda yalan danışmağla mühakimə edirsiniz. Biz isə sizə bu fotoşəkli göstərməklə kimin hansı əqidəyə malik olduğunu bildiririk.
Sizi çörək kəsdiyiniz insana qarşı atdığınız addım nüfuzdan salır biz deyil.
Halbuki siz qüvvələrinizi birləşdirsəydiniz sizlərin kürəyini yerə vuran olmazdı. İndi erməni ilə qohum olan gəda sizlərə baxıb bayram edir. Ağıllı insan bu addımı atmazdı. Amma sizə ağılsızda demək olmaz, yaxşı onda bir sual ortaya çıxır. Sizi qorumağa qalxan bir insana qarşı sizi bu addımı atmağa vadar edən nədir?
Məhz bunları bildiyim üçün sizin kimlərinsə fiquru olduğunuzu söyləmişdim. Biz haqqsız danışırıqsa sizi dinləməyə hazırıq.