Home QHT “20 Yanvar” İB-i növbəti bir layihənin icrasını yekunlaşdırıb

“20 Yanvar” İB-i növbəti bir layihənin icrasını yekunlaşdırıb

231
0

Sosialxəbər.az bildirir ki, Bu gün “20 Yanvar” İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Müasir hərb tariximizdə iz qoyan qəhrəman vətən oğullarının tanıdılması” layihəsinin yekun hesabat tədbirini Vətən Müharibəsi Veteranlarının Səbail rayon şöbəsində keçirib. Tədbirdə şəhid valideyinləri, bir sıra tanınmış QHT rəhbərləri, media təmsilçiləri, veteran və qazilər iştirak edib. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Sultan Əzimzadə layihənin məqsədi barəsində məlumat verib. Daha sonra layihə çərçivəsində həyata keçirilən tədbirlər və görülmüş işlərdən ətraflı şəkildə danışıb.
Tədbirin gedişatında qonaqlar layihənin icrası dövründə görülmüş işlər barəsində müzakirələr aparıblar və həyata keçirilmiş fəaliyyətləri yüksək qiymətləndiriblər. Qeyd ediblər ki, bu cür layihələrin silsilə şəkildə keçirilməsi vacibdir.
Məlumat üçün qeyd edək ki, həyata keçirilən layihənin məqsədi ölkədə yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlərdə yaxından iştirak etmək, eləcə də vətənpərvərlik yönümündə maarifləndirmə işlərini daha da genişləndirmək idi. Layihə çərçivəsində həyata keçirilmiş tədbirlər baş leytenant Yaqublu Əliqismət Mükafat oğlu, kiçik gizir Zeynallı Aqil Aydın oğlu, əsgər Hüseynov Elxan Maarif oğlu, əsgər Babazadə Ülfət Qabil oğlu, əsgər Nurzalıyev Elməddin Səfər oğlu, baş gizir Əhmədov Ceyhun Məlikşah oğlu, Şahbazov Elnur Qədir oğluna həsr olunub. Belə ki, sözügedən layihənin icrası 2022-ci ilin fevral ayının 1-dən iyun ayının 1-nə qədər Lerik, Sabirabad, Biləsuvar, Lənkəran, Hacıqabul, Sumqayıt və Bakı şəhəri Yeni Suraxanı regionlarını əhatə edib.

Previous articleMehriban Əliyeva uşaqları təbrik etdi
Next articleİctimai şura Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş tədbir keçirdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here