“İnnovativ Media” Jurnalistlərin Peşəkarlığının Artırılmasına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasi Prezdenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Bakı şəhərində“Sosial şəbəkələrdə milli maraqların qorunması ilə bağlı jurnalistlərin rolunun artırılmasına dəstək ” adlı seminar keçirəcək.

Sosialxəbər.az xəbər verir ki, “İnnovativ Media” JPAD İctimai Birliyinin həyata keçirdiyi seminarda məqsəd internet informasiya resurslarında, o cümlədən sosial şəbəkələrdə milli maraqların qorunması üçün gənc jurnalistlərin təşviq edilməsindən və bu istiqamətdə fəaliyyətin gücləndirilməsindən bəhs edir. Bu məqsədlə tələbə jurnalistlərin iştirakı ilə müzakirə aparılacaq. Müzakirələrdə sosial şəbəbkələrdə milli marağın qorunması, sosial şəbəkələrdən istifadə üsulları, onun mənfi və müsbət tərəfi, eyni zamanda bu resurslardan nə qədər çox istifadə edildiyi müzakirə ediləcək. Azərbaycan və xaricdə sosial şəbəkələrdən istifadə üsulu arasında müqayisələr aparılacaq. İnformasiyanın əldə edilməsi və yayılması haqqında məlumat veriləcək.

Seminarda “İnnovativ Media” JPAD İctimai Birliyinin sədri Aynur Nəsirova və BDU tədrris studiyasının müdiri Ramin Rzayev və PhD,jurnalist Almaz Nəsibova çıxış edəcəklər.
22 may 2019-cu il, saat 12-00 keçiriləcək BDU- də
Əlaqə: 050 556 23 75 Aynur Nəsirova – “İnnovativ Media” JPAD İctimai Birliyinin sədri
email:nasibovabesti@gmail.com