İran istənilən təcavüzə qarşı həlledici cavab verməyə hazırdır.

Sosialxəbər.az xəbər verir ki, bu sözləri İran Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Keyvan Xosravi deyib.

“İranın belə bir addımından sonra ABŞ-ın hər hansı hərbi tədbir görməyə haqqı yoxdur. İran istənilən təcavüzkar addıma qarşı hərəkətə keçməyə tam hazırdır”, – deyə Xosravi bildirib.

Qeyd edək ki, dünən səhər saatlarında Oman körfəzində İran hərbi qüvvələri ABŞ PUA-nı məhv edib. Tramp isə bununla bağlı jurnalistlərə açıqlamasında Tehranın böyük xəta etdiyini vurğulayıb.

Müxtəlif ekspertlər hesab edir ki, İranın bu addımı ABŞ-ın səbir kasasını daşıracaq və regionda ciddi qarşıdurmaya gətirib çıxaracaq


Warning: A non-numeric value encountered in /home/sosialxe/public_html/wp-content/themes/Newsmag/Newsmag/includes/wp_booster/td_block.php on line 352