Azərbaycan Milli Paralimpiya Komitəsinin Azərbaycan Mətbuat Şurası ilə birgə keçirdiyi jurnalist yazıları müsabiqəsinin münsiflərinin iclası keçirilib. İclasda müsabiqəyə təqdim olunan yazıların qiymətləndirmə meyarı və qaydaları müzakirə olunub. Yazıların qiymətləndirilməsi üçün köçürmənin olmaması, yaradıcılıq, innovativlik və üslub kimi meyarlar müəyyən olunub.

Müsabiqəyə təqdim olunan yazılar kodlaşdırılaraq anonim şəkildə münsiflərə təqdim olunub. Onlar 5 gün ərzində yazıları qeyd olunan meyarlara əsasən ayrı-ayrılıqda 1-10 bal arası qiymətləndirəcəklər. Münsiflərin qiymətlərinin cəmləri toplanaraq sonda qaliblər müəyyən olunacaq. Qaliblər 17 iyul 2019-cu il tarixində elan olunacaqlar. 19 iyul 2019-cu il tarixində isə qaliblərə mükafatların təqdim edilməsi ilə bağlı tədbir keçiriləcək.

Xatırladaq ki, müsabiqə iki mövzunu əhatə edir: “Əlilliyi olan şəxslərin idman vasitəsi ilə cəmiyyətə inteqrasiyası” və “Əlil idmanına dəstək və Korporativ Sosial Məsuliyyət”. Müsabiqənin məqsədi paralimpiya hərəkatı, paralimpiya dəyərlərinin təbliği, əlilliyi olan şəxslərin idman vasitəsi ilə cəmiyyətə inteqrasiya olunması, bu sahənin inkişafı istiqamətində dövlət qurumlarının, o cümlədən özəl şirkətlərin fəaliyyətinin stimullaşdırılması, yuxarıda qeyd olunan sahələrdə əldə olunan mühüm irəliləyişlər barədə ictimai məlumatlandırmanın təmin olunmasında peşəkar jurnalist əməyinin stimullaşdırılmasıdır.

3 iyun tarixində elan olunan müsabiqəyə yazıların qəbulu 10 iyun 2019-cu il tarixindən 10 iyul 2019-cu il tarixinə qədər davam edib.


Warning: A non-numeric value encountered in /home/sosialxe/public_html/wp-content/themes/Newsmag/Newsmag/includes/wp_booster/td_block.php on line 352