Bakıdan Moskva istiqamətində hərəkətdə olan mikroavtobusun Stavropolda qəzaya uğraması nəticəsində 6 nəfər azərbaycanlı ölüb. Ölən Azərbaycan vətəndaşlarının adları açıqlanıb.

Sosialxəbər.az xəbər verir ki, ONA-nın Rusiya bürosunun məlumatına görə, həmin şəxslər aşağıdakılardır:

– 1975-ci il təvəllüdlü Həsənov Rəsul Ənvər oğlu

– 1983-cü il təvəllüdlü İsmayılov Şəmsi Tanrıverdi oğlu

– 1962-ci il təvəllüdlü Əhmədov Namiq Tohid oğlu

– 1969-cu il təvəllüdlü Abdullayev Ələmdar Niftalı oğlu

– 1984-cü il təvəllüdlü Quliyev Vüsal Alı oğlu

– 1988-ci il təvəllüdlü Şirinov Xəyal Hamlet oğlu

Bildirilir ki, sərnişinlərdən 4-ü hadisə yerində, digər 2-si isə xəstəxanaya çatdırılarkən yolda ölüb. İlkin olaraq hadisəyə səbəb kimi ZİL markalı yük avtomobilinin sürücüsünün sükan arxasında yuxuya getməsi qeyd olunur.