Lənkəran şəhərində “Sosial infrastruktur obyektlərinin əlilliyi olan insanlar və digər hərəkət məhdudluğu olan əhali qrupları üçün müyyəsərliyinin təmin edilməsi” mövzusunda təlim keçirilmişdir.

Sosialxəbər.az xəbər verir ki, Təlimi Azərbaycan Əlil Təşkilatları İttifaqının (ƏTİ) dəvəti ilə Ümumrusiya Əlilllər Cəmiyyətinin və “Cəmiyyət Hamı Üçün” Əlilliyi olan Şəxslərin Problemlərinin Öyrənilməsi Mərkəzinin mütəxəsisləri tərəfindən aparılır.

Əsas məqsəd Lənkəran şəhərində müyəssər ətraf mühitin yaradılması və obyektlərin müyəssərliyinin pasportlaşdırılması üzrə mütəxəsislərin hazırlanmasıdır. Təlimə Bakıdan və Lənkəran şəhərinin müvafiq hökumət və qeyri-hökumət təşkilatlarından nümayəndələr iştirak etmişlər. Təlimin əyyani hissəsi kimi İştirakçılar həm də beynəlxalq ekspertlərlə bircə Lənkəran şəhərinin bir neçə obyektinin, mərkəzi küçələrinin, H.Əliyev Parkının, H.Əliyev Mərkəzinin, Gənclər Mərkəzinin, Bankın, Otelin müyəssərlik cəhətdən monitorinqini və qiymətləndirilməsini aparmışlar. Tədbirin sonunda iştirakçılara sertifikatlar verilmişdir. Qeyd edək ki, təlim keçmiş insanlar gələcəkdə Lənkəran şəhərində əlilliyi olan və digər hərəkət məhdudiyyətli insanlar üçün müyəssər mühitin yaradılması üzrə monitorinqlər aparacaq, Lənkəran şəhəri üzrə “Müyəssərlik modeli” hazırlayacaqlar. Sonradan bu fəaliyyətlər Respublika üzrə davam etdiriləcəkdir.

Bu təlim Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə – həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsi çərçivəsində Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) həyata keçirdiyi Lənkəran şəhəri üzrə əlilliyi olan şəxslər üçün əlçatan mühitin yaradılmasına dair “Hamı üçün müyəssər xoşbəxt şəhər” layihəsi çərçivəsində həyata keçirilir.