Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin Göyçay, müavinləri Anar Kərimovun İsmayıllı və Mətin Kərimlinin Ağsu rayonlarında vətəndaşları qəbul gününün tarixi iyulun 26-na dəyişdirilib.

Bu barədə Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Sosialxəbər.az-a məlumat verilib. Vətəndaşlar adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi şəkildə (info@mlspp.gov.az elektron ünvana və ya poçt vasitəsilə) müraciət edərək və ya 142-Çağrı mərkəzi ilə əlaqə saxlayaraq iyulun 23-dək qəbula yazıla bilərlər.


Warning: A non-numeric value encountered in /home/sosialxe/public_html/wp-content/themes/Newsmag/Newsmag/includes/wp_booster/td_block.php on line 352