Artıq bir neçə ölkə ekologiyaya zərərli olduğu üçün marketlərdə sellofan torbaların satışına başlayıb. Gürcüstan, Özbəkistandan sonra qonşu Türkiyədə də bu addımın atılması ölkəmizdə də bir müddətdir ki, gündəmdə olan pullu sellofan mövzusunu aktual edib.

Artıq sosial şəbəkələrdə bir neçə marketdə bununla bağlı xəbərdarlıqların vurulduğu və bu tipli torbaların satıldığına dair məlumatlar yayılıb. Maraqlı məqam ondan ibarətdir ki, xeyli supermarketdə sellofanların ödənişli olduğu deyilsə də, araşdırdığımız vaxt bu nüansla rastlaşmadıq.

Alıcılar üçün əsas problematik məsələ sellofanların pullu olması yox, qiymətidir. Belə ki, sosial şəbəkələrdə yayılan məlumatlarda sahibkarların bu məhsulu 5-20 qəpiyə satacağı göstərilir.

Sosialxəbər.az xəbər verir ki, qafqazinfo bu məqamda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühit siyasəti, ekoloji vəziyyətin təhlili və qiymətləndirilməsi şöbəsinin sektor müdiri Mehman Nəbiyevlə əlaqə saxlayıb və bir neçə məqama aydınlıq gətirib. O bildirib ki, plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması məqsədilə hazırda kompleks tədbirlər planı hazırlanaraq qərar verilməsi üçün aidiyyəti qurumlara təqdim edilib:

“Sosial şəbəkələrdə bir neçə marketdə polietilen torbaların pullu olması ilə bağlı xəbərlər yayılır. Ancaq həmin marketlərin adları qeyd olunmadığından biz bu halın nə dərəcədə doğru olduğunu deyə bilmərik.


Warning: A non-numeric value encountered in /home/sosialxe/public_html/wp-content/themes/Newsmag/Newsmag/includes/wp_booster/td_block.php on line 352