Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Görmə, eşitmə və nitq məhdudiyyətli insanlar arasında Aprel şəhidlərinin təbliği” layihəsi çərçivəsində tanıtım video çarxın hazırlıq mərhələsinə başlanılıb.

Sosialxəbər.az xəbər verir ki,layihə rəhbəri Rövşən Ağamalıyevin məlumatına görə, bununla bağlı SİA.TV ilə müqavilə bağlanılıb və video çarx üçün lazımı məlumatların toplanmasına başlanılıb.

R.Ağamalıyev onu da bildirib ki, layihəyə cəlb olunan işçilərlə də aidiyyatı üzrə xidməti müqavilələr bağlanılıb. Hazırda işlər davam etdirilir. Qeyd edək ki, təşkilat bundan öncə də Müstəqil Azərbaycanın 25 illiyi ilə bağlı sənədli filmin çəkilişini və bu filmin geniş ictimayyət arasında təbliğini həyata keçirib. Bundan əlavə təşkilat Milli Qəhrəman Ələkbər Əliyev barəsində də sənədli filmin çəkilişlərini həyata keçirib. 2017-ci ildə isə Aprel şəhidi Fəxrəddin Qurbanlı ilə bağlı qısametrajlı film hazırlanıb və filmin geniş təqdimatları keçirilib.

Hazırda isə belə bir layihənin həyata keçirilməsi görmə, nitq və eşitmə məhdudiyyətli insanlarda Aprel döyüşləri ilə bağlı geniş məlumat bazasının yaranmasına gətirib çıxaracaq. Eyni zamanda bu qəbildən olan həmvətənlərimiz Aprel şəhidləri ilə bağlı geniş məlumat əldə edəcək.