Martın 14-də Milli Məclisin səhiyyə komitəsinin iclası keçirilib. QHT.az xəbər verir ki, iclas çərçivəsində Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş dinləmələr olub. İctimai dinlmələrdə bir çox QHT rəhbərləri də iştirak edib.

İctimai dinləmədə iştirak edən “İnkişafa Doğru Qadın Təşəbbüsü” ictimai birliyinin sədri Ziba Nəbiyeva dinləmə haqqında fikirlərini öz facebook səhifəsində paylaşıb.

Sosialxəbər.az həmin statusu təqdim edir:

“Səhiyyə Komitəsində Milli Məclis və Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində Beynəlxalq Vərəmlə Mübarizə gününə həsr olunmuş tədbir keçirildi. Mövzu ilə bağlı maraqlı müzakirələr baş tutdu. “İnkişafa Doğru Qadın Təşəbbüsü” İB-nın sədri və SN yanında İctimai Şuranın üzvü olaraq bu müzakirələrdə iştirak etməyim ictimai iştirakçılığın baris nümunəsidir. Sevindirici haldır ki, müzakirələrdə dəfələrlə yoluxucu xəstəliklərin profilaktikası və onlarla mübarizə tədbiri kimi maarifləndirmənin və bu baxımdan QHT-lərin rolu xüsusən vurğulandı.

Mən öz çıxışımda mövzu ilə bağlı təklif verməklə yanaşı, dünyada mübarizəsinə böyük qüvvələr səfərbər edilən digər yoluxucu xəstəlik olan Viruslu Hepatitlərlə bağlı ayrıca bir ictimai dinləmənin keçirilməsini Səhiyyə Komitəsinin sədrindən rica etdim. Sağ olsun, prof.Əhliman Əmiraslanov Viruslu Hepatitlər mövzusunun gündəmdə olduğunu və icitmai dinləmənin keçiriləcəyini söylədi. Beləcə, Dövlət – QHT əməkdaşlığı çərcivəsində xəstəliklərlə mübarizəyə davam!!!”