Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “İdrak” Elmin İnkişafına Dəstək İctimai Birliyi “Kənd təsərrüfatının inkişafında kooperativ təsərrüfatların rolu, yaradılması və faydaları” layihəsi çərçivəsində Salyan rayonunda ictimai müzakirə keçirib. İctimai müzakirə Salyan şəhər Tarix- Diyarşünaslıq Muzeyinin akt zalında baş tutub.

Sosialxəbər.az xəbər verir ki, təşkilatın sədri və layihə rəhbəri Mirintiqam Həsənov tədbiri giriş sözu ilə açaraq iştirakçılara layihə haqqında geniş məlumat verib.

M.Həsənov bildirib ki, bu layihənin həyata keçirilməsində əsas məqsəd kənd təsərrüfatının inkişafında kooperativ təsərrüfatların rolu, onun yaradılması və faydaları barədə əhalinin maarifləndirilməsi, təsərrüfatın inkişaf etdirilməsinə elmi yanaşma, innovativ üsulların tətbiq edilməsi, onların hüquqi biliklər əldə etməsi və imkanların reallaşdırılmasına yardım etməkdir.

Layihənin eksperti Fərid Vəlizadə qeyd edib ki, hazırda xırda təsərrüfatların üstünlük təşkil etməsi aqrar sahənin əsas problemlərindən biridir. Bu təsərrüfatların əksəriyyətində torpaq sahəsi 1,5-2,0-hektardan çox deyil. Fermerlərin sərəncamında torpaq sahəsi az olduqda onlar rentabelli işləyə bilmirlər, müsir kənd təsərrüfatı texnikası tətbiq etmək, səmərəli melorasiya və irroqasiya sistemləri qurmaq, əlverişli şərtlərlə kredit əldə etmək imkanları məhdudlaşır, istehsalçılar məhsulun satışı və ixracında ciddi çətinliklərlə üzləşirlər. Buna görə də birgə təsərrüfatın yaradılması, o cümlədən kənd təsərrüfatı kooperasiyasının inkişaf etdirilməsi aqrar siyasətin aktual vəzifələrindən birinə çevirilir.

Layihənin digər eksperti Aqil Babayev bildirib ki, aparılan tədqiqatlar və təhlillər onu deməyə əsas verir ki, yerlərdə çalışan insanların “kooperasiya”-ya münasibəti müxtəlifdir. Bu sahə üzrə maarifləndirmə və məlumatlandırma düzgün və ya heç aparılmadığından onlar kooperasiya anlayışını nəzəri cəhətdən düzgün təhlil edə bilmirlər və səriştəsiz şəkildə aqrar sahədən istifadə etməkdə davam edirlər. Mövcud durumda, xüsusi ilə dünyada ərzaq probleminin qlobal məsələyə çevrildiyi bir zamanda ölkənin aqrar sektorunun inkişafı ilə bağlı problemlərin əksəriyyəti hələ də öz həllini tapmadığı üçün artıq təcili islahatların aparılması çox vacibdir.

Daha sonra təqdim olunan layihə ətrafında müzakirələr keçirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Warning: A non-numeric value encountered in /home/sosialxe/public_html/wp-content/themes/Newsmag/Newsmag/includes/wp_booster/td_block.php on line 352