Doqquz ildir münasibətdə olan və doqquz dəqiqədə ayrılan Acun Ilıcalı və Şeyma Subaşının boşanma protokolu mətbuata təqdim olunub.

sosialxəbər.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, imzalanan protokola əsasən, Subaşına 10 milyon TL dəyərində ev alınacaq, mülk qızları Melisanın adına sənədləşəcək.

Şeyma hazırki yaşadığı evdən çıxaraq yeni alınacaq mənzilə köçəcək. Cütlüyün 5 yaşlı qızı Melisanın qəyyumluğu anasına veriləcək. Acun Subaşına 115 min TL yoxsulluq, Melisaya, əvvəlcə 10 min TL aliment verəcək. 29 yaşlı Subaşı evlənərsə, 115 minlik aliment ləğv olunacaq.