Cəlilabad rayonunda daimi qeydiyyatdan olan lakin Sumqayıt şəhəri Corat qəsəbəsində kirayə yaşayan Quliyev Şövqü Abbas oğlunun ailə vəziyyəti ilə bağlı daxil olan məlumatlarla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları və Dövlət Sosial Müdafiə Fondu Sumqayıt şəhər şöbəsinin müdiri Firdovsi Bədəlov həmin ünvana baş çəkərək,ailənin sosial vəziyyətini yerindəcə araşdırıblar.

Sosialxəbər.az xəbər verir ki, bu barədə DSMF-nin Sumqayıt şöbəsinin mətbuat xidmətindən bildirilib. Quliyev Şövqü Abbas oğlu,yoldaşı və altı aylıq körpəsi ilə birlikdə Corat qəsəbəsində kirayədə yaşayırlar.
Quliyevin bildirdiyinə görə, iki il bundan əvvəl ona 1-ci dərəcəli əlillik dərəcəsi verilməli olduğu halda 2-ci dərəcəli əlillik verilmişdir. Bundan başqa körpənin sənədləri qaydasında olmadığına görə,ailə üçün nəzərdə tutulmuş müavinətlərdən istifadə edə bilmirlər.

Vətəndaş ətraflı dinlənildi və onun müraciəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən nəzarətə götürüldükdən sonra Şövqü Quliyevə birinci dərəcəli əlillik təyin olundu.Bu günə kimi Quliyev Şövqü 2-ci dərəcli əlil kimi 130 manat müaviət alırdısa,bundan sonra onun müavinətinin məbləği 250 manat təşkil edəcək. Bundan başqa yoldaşı 1-ci dərəcəli əlilə qulluq etdiyinə görə,əlavə 50 manat vəsait alacaq.

Quliyev Şövqü Abbas oğlunun 6 aylıq övladının doğum haqqında şəhadətnaməsi alındıqdan sonra ailəyə uşağın anadan olmasına görə 109.0 manat birdəfəlik müavinət yaxın zamanda Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi tərəfindən ödəniləcək və şöbə tərəfindən ailənin ünvanlı sosial yardım alması üçün lazimi hüquqi,texniki köməklik göstəriləcək.


Warning: A non-numeric value encountered in /home/sosialxe/public_html/wp-content/themes/Newsmag/Newsmag/includes/wp_booster/td_block.php on line 352