Suraxanı rayonunda sürücünün vurub qaçdığı 50 yaşlı qadın xəstəxanada dünyasını dəyişib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Suraxanı rayonunda qadını avtomobil vuraraq qaçıb.

Sosialxəbər.az xəbər verir ki, hadisə Suraxanı bazarının yaxınlığında baş verib.

Minik avtomobili kimliyi hələlik bəlli olmayan təxminən, 50 yaşlı qadını vurub.

Hadisədən sonra sürücü ərazidən yayınıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Ona başın və bədənin müxtəlif nahiyələrinin əzilmiş yarası diaqnozu qoyulub.

Suraxanı rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparır


Warning: A non-numeric value encountered in /home/sosialxe/public_html/wp-content/themes/Newsmag/Newsmag/includes/wp_booster/td_block.php on line 352