Tovuz rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Sosialxəbər.az xəbər verir ki, Hadisə rayon avtovağzalının yaxınlığında qeydə alınıb.

Avtomobil idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində, Tovuz rayon sakinləri – 1985-ci il təvəllüdlü Yunanov Mirzə Məhərrəm oğlu və onun qonşusu, 1985-ci il təvəllüdlü Musayev Samir Novruz oğlu ağır xəsarət alaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Samir Musayev aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Tovuz rayon Polis İdarəsində araşdırma aparılır.


Warning: A non-numeric value encountered in /home/sosialxe/public_html/wp-content/themes/Newsmag/Newsmag/includes/wp_booster/td_block.php on line 352