Türkiyə İran əleyhinə kampaniyaya daxil olmadığı üçün tənqid hədəfi olub.

Sosialxəbər.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı ekspert Viktor Nadein-Rayevski çıxış edib.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ərəb ölkələrindəki populyarlığı uzun zamandır onları narahat edir. Türkiyə lideri Fələstin hərəkatına verdiyi dəstəklə sadə ərəb vətəndaşlarının hörmətini qazanıb. Keçmişdə Türkiyə qərbyönümlü siyasət aparırdı, amma Fələstinə qarşı bu siyasətini dəyişmişdi. Ərdoğan ən azından bu bölgədə islam dünyasının lideri olmaq istəyir. Bu mövqe Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər rəhbərlərini narahat edir”, – Rayevski söyləyib.

Qeyd edək ki, Ərəb Birliyinin Baş katibi Əhməd Əbu Qayt Türkiyə və İranı ərəb ölkələrinə təsirini genişləndirməyə yönəlik ekspansionist layihələr həyata keçirməkdə tənqid edib.


Warning: A non-numeric value encountered in /home/sosialxe/public_html/wp-content/themes/Newsmag/Newsmag/includes/wp_booster/td_block.php on line 352