“Vikiliks” qurucusu Culian Assancın həbs edilməsini ABŞ-ın siyasi intiqamı adlandırmaq olar.

Sosialxəbər.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Oleq Morozov deyib.
“Vəziyyət hüquq çərçivəsindən kənara çıxır. Ekvador ABŞ-ın məmnunluğunu qazanmaq üçün Assancı qurban verdi. Bu, Vaşinqtonun siyasi intiqamıdır ki, hazırda buraya London da daxil olub. Assanc fikrini ifadə etdiyi üçün mühakimə edilir. Hazırki vəziyyətdə onun qalib çıxmaq şansı demək olar ki, yoxdur”, – deyə Morozov bildirib.

Qeyd edək ki, ötən gün Ekvador Assanca sığınacaq verməkdən imtina edib və o, bu ölkənin səfirliyindən çıxarıldıqdan sonra London polisi tərəfindən həbs edilib.