Venesuela müxalifətinin lideri Xuan Quaydo bildirib ki, o, ölkə prezidenti Nikolas Maduro ilə danışıq aparmağa hazırdır.

Sosialxəbər.az-ın xəbərinə görə, bunu Quaydo France 24 telekanalının efirində deyib.

Onun sözlərinə görə, müxalifət “diktatorla danışıqların aparılması” barədə qərar qəbul edib.

“Əgər biz gərginliyin azalmasının üsulu kimi danışıqlardan istifadə edə biləriksə, şübhəsiz, onlardan istifadə edəcəyik”, – deyə, Quaydo vurğulayıb.

O, həmçinin, Venesuelada beynəlxalq müşahidəçilərin iştirakı ilə yeni seçkilərin keçirilməsinin tərəfdarı olduğunu bildirib.


Warning: A non-numeric value encountered in /home/sosialxe/public_html/wp-content/themes/Newsmag/Newsmag/includes/wp_booster/td_block.php on line 352