Yasamal rayonunda 1 nəfərin xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.

Sosialxəbər.az xəbər verir ki, qəza rayonun Abdulla Şaiq küçəsində qeydə alınıb.

Abbas Abbasov idarə etdiyi “Hyundai” markalı avtomobil hərəkətdə olan zaman qəfil idarəetməni itirib və qarşısına çıxan piyadanı vurub.