Əgər seçki nəticələri cəmiyyətin vicdanında rahatlıq tapmayacaq bir anlayış daxilində yekunlaşıbsa, o vicdanı formalaşdıracaq yeni bir seçki də düşünülə bilər.

Sosialxəbər.az xəbər verir ki, bu sözləri MHP sədri Dövlət Baxçalı AKP-nin seçkilərin yenilənməsi tələbi ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

“60 gündən sonrakı ilk bazar günü seçki keçirilə bilər. Bundan inciməyə gərək yoxdur. Hazırda ASQ-yə edilmiş etirazları izləməliyik”, – Baxçalı bildirib.