“Tərəqqi” Sosial İqtisadi Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə 01.05.2019-cu il tarixindən Yeniyetmə və gənclərin sahibkarlıq və biznes fəaliyyəti ilə bağlı maarifləndirilmə tədbirlərinin keçirilməsi adlı layihəsinin icrasına başlayıb. Layihənin icrası ilə əlaqədar olaraq,10.07.2019-cu il tarixində 20 nəfər yeniyetmə və gənclər üçün Xızı rayonunda yerləşən Xızı Un-Yem Zavoduna səfər təşkil olundu.

Sosialxəbər.az-a bu barədə layihə rəhbəri İndira Şəmsivari məlumat verib. Onun sözlərinə görə layihənin məqsədi yeniyetmə və gəncləri ölkəmizdə özəl bölmənin inkişafı ilə bağlı yaradılan əlverişli mühit barədə məlumatlandırmaq və şagirdlərə “sahibkarlıq”, “biznes”, “azad bazar” kimi anlayışları təlqin etmək, öyrətmək, bazar qanunlarını başa salmaq və onları gələcək həyata hazırlamaqdır. Zavodla yaxından tanış olan gənclər özdüşüncüləri ilə bölüşdülər və onların verdiyi suallar işçi heyəti tərəfindən cavablandırıldı.

Bundan əlavə olaraq o,qeyd edib ki,layihə çərçivəsində daha üç rayonda sahibkarlıq obyektlərinə gediləcək və gənclər sahibkarlıq fəaliyyəti ilə yaxından tanış olacaqlar. Bu gün cənab Prezidentimizin uğurlu siyasətinin nəticəsidir ki,ölkəmizdə sahibkarlıq faəliyyəti günü-gündən inkişaf edir. Növbəti səfər Ağsu rayonu Az-Granata Şərab zavodu olacaq deyə vurğulayıb.


Warning: A non-numeric value encountered in /home/sosialxe/public_html/wp-content/themes/Newsmag/Newsmag/includes/wp_booster/td_block.php on line 352