Əsas Səhifə QHT - lər Əlilliyi olan gənclərin peşə kursları davam edir

Əlilliyi olan gənclərin peşə kursları davam edir

2 dəqiqə oxundu
0
0
377

“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi (ƏSMİD) Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə 01.07.2020-ci il tarixindən “Əlilliyi olan gənclərin İKT bacarıqlarının artırılması məqsədi ilə peşə kurslarına cəlb edilməsi və özünəməşğulluğunun təmin olunması mövzusunda tədbirlərin təşkili” layihəsinin icrasını davam etdirir.

Bu barədə Sosialxəbər.az-a  birliyin rəhbəri Səbinə Kərimova məlumat verib.Onun sözlərinə görə nəzərdə tutulan web proqramların onlayn qaydada öyrədilməsinə başlanılıb. Avqust ayının 15-dən start verilən onlayn kursları davam edir. Təlimçilər tərəfindən birinci ay əlilliyi olan gənclərə fotoshop proqramı onlayn qaydada öyrədilir.İkinci ay Corel Draw proqramının öyrədilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Web proqramların öyrədilməsi hər həftənin üç günü olmaqla, üç ay boyunca onlayn qaydada keçiriləcək. Təlimçilər Ümudlu Fərid və Vasif Kərimlidir.

 

 

 

 

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin QHT - lər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Kontakt Home” əsgər ailələrinin kreditini dondurdu

“Kontakt Home” elektron məişət məhsulları mağazası maraqlı aksiyaya start veri…