Əsas Səhifə Slide-az Əlilliyin təyin olunması ilə bağlı yeni meyarlar hazırlanır

Əlilliyin təyin olunması ilə bağlı yeni meyarlar hazırlanır

1 dəqiqə oxundu
0
0
3,313

Bundan əvvəl uşaqpulu hamıya verilirdi. Ancaq uşaqpulunun məbləği olduqca aşağı idi.

Sosialxəbər.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Nazir müavini bildirib ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” qanun qəbul olunduğuna görə uşaqpulu ünvanlı şəkildə aztəminatlı ailələrə verilir:

“Bu gün 84 minə yaxın ailə ünvanlı yardım alır”.

Anar Əliyev onu da əlavə edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində I qrup əlilliyi olan şəxslərlə bağlı xüsusi komissiya yaradılıb:

“Hazırda əlilliyin təyin olunması ilə bağlı səhiyyə orqanlarına müraciət olunmalıdır. Ancaq bizə müraciət olunan zaman xüsusi komissiyada I qrup əlilliyi olan şəxsləri əyani komissiyadan keçirə bilirik. Ümumiyyətlə, əlilliyin təyin olunması ilə bağlı yeni meyarlar hazırlanır”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Slide-az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Erməni təxribatı nəticəsində 2 məktəbli həlak oldu

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nə…