Əsas Səhifə Başliqlar Əliyevin Putinə zəngində diqqət çəkən məqam

Əliyevin Putinə zəngində diqqət çəkən məqam

3 dəqiqə oxundu
0
0
169

Prezident İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığının regiona olan real təsirini müşahidə edə biləcəyik.

Sosialxəbər.az bildirir ki, Bunu Axar.az-a Prezident İlham Əliyevlə Vladimir Putin arasında baş tutan telefon danışığını şərh edən politoloq İlqar Vəlizadə deyib. O bildirib ki, Azərbaycan Rusiya qarşısında əsas məsələləri qaldırıb:

“Bütün hallarda düşünürəm ki, bu telefon danışığı çox önəmli idi. Çünki burada Azərbaycan Rusiya qarşısında daha çox özünü narahat edən problemləri açıq şəkildə qaldırdı. Düşünürəm ki, Prezident İlham Əliyev Azərbaycanı qane edən bir cavab da aldı. Çünki açıqlamanın sonunda qeyd edilib ki, tərəflər ikitərəfli münasibətlərin gələcəkdə daha da inkişafına dair fikir mübadiləsi aparıb. Bu o deməkdir ki, Bakının Kremllə dialoqu konstruktiv şəkildə gedir. Bütün hallarda problemli məsələlərə aydınlıq gətirilib”.

Politoloq onu da qeyd edib ki, vaksinlə bağlı məsələyə toxunulması ölkəmizin onun alıcılarından olacağına işarədir:

“Telefon danışığında koronavirus vaksini ilə bağlı məsələnin də müzakirə olunması göstərir ki, vaksin özünü doğruldarsa, Azərbaycan onun alıcılarından biri ola bilər”.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. İ.Əliyev rusiyalı həmkarına iyulun 17-dən bəri Rusiyadan Ermənistana göndərilən hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.

Daha çox oxşar yazı
  • Ermənistan cəmiyyəti iki yerə bölünüb

    Ermənistan cəmiyyəti iki yerə bölünüb: keçmiş prezident Robert Köçəryanın tərəfdarları ilə…
  • Neft ucuzlaşdı

    Dünya birjalarında neft qiymətləri ötən günlə müqayisədə ucuzlaşıb. Sosialxəbər.az xəbər v…
  • İlham Əliyev Nikolu darmadağın etdi

    Bazar günü baş verən hadisələrə Ermənistan artıq bir neçə ay idi ki, hazırlaşırdı. Sosialx…
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Başliqlar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Ermənistan cəmiyyəti iki yerə bölünüb

Ermənistan cəmiyyəti iki yerə bölünüb: keçmiş prezident Robert Köçəryanın tərəfdarları ilə…