Əsas Səhifə Dünya Ərəb dünyasında Türkiyəyə qarşı geosiyasi koalisiya formalaşır

Ərəb dünyasında Türkiyəyə qarşı geosiyasi koalisiya formalaşır

3 dəqiqə oxundu
0
0
438

Ərəb dünyasında Türkiyəyə qarşı geosiyasi koalisiya formalaşır.

Sosialxəbər.az xəbər verir ki, bu sözləri Konstantin Truyevtsev Liviyada gedən son prosesləri şərh edərkən deyib.

O bildirib ki, ərəb coğrafiyasında Türkiyəyə qarşı cəbhənin genişlənməsi gözlənilən gedişat idi:

“Türkiyənin Yaxın Şərqdə rolunun artmasına paralel olaraq Misir və Səudiyyə Ərəbistanı başda olmaqla, ərəb ölkələrinin mövqelərinin zəifləməsi ortadadır. Xüsusilə, 2011-ci ildən bu, açıq-aydın görünür.

Türkiyə iqtisadi inkişafına görə ərəb ölkələrindən daha yüksəkdədir. Bitmək bilməyən neft fontanı davam edərkən bu mənzərə görünmürdü. Fəqət Türkiyənin bir anda həm iqtisadi, həm də texnoloji cəhətdən daha yüksək mərhələdə olduğu aydın oldu. Bu vəziyyət Türkiyəyə istiqamətini Avropadan islam dünyasına çevirməyə başladığı “ərəb baharı” dövründə bir sıra avantajlar qazandırmağa başladı. Atatürkün paradiqması Türkiyənin 60 ildir Avropa qapılarında gözlədikdən sonra nəticə əldə olunmaması ilə tükəndi. Halbuki Türkiyə olduqca inkişaf etmiş dövlətdir. Bəs inkişafını necə davam etdirəcək? Müsəlman dünyasına tərəf dönəcək. Türkiyə müsəlman ölkəsidir. İslam vektorunun güclənməsi gözlənilən idi. Rəcəb Tayyib Ərdoğan məntiqli bir fenomen olaraq ortaya çıxdı”

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Dünya

Bir cavab yazın

Bunu da oxu

Baş prokurorun müavinlərinin sayı artırıldı

Baş Prokurorluğun struktur qurumlarının sayı 15-dən 18-ə çatdırılıb. Sosialxəbər.az  xəbər…