Əsas Səhifə Qarabağ Ərəb mətbuatı Bakının əks-hücum əməliyyatından yazdı

Ərəb mətbuatı Bakının əks-hücum əməliyyatından yazdı

3 dəqiqə oxundu
0
0
19

Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı Yaxın Şərq və Şimali Afrika ölkələrində ərəbdilli mətbuatın diqqət məqkəzindədir.

Sosialxəbər.az xəbər verir ki, Misirin “Asiaelyom” informasiya agentliyi, “Əlvəsilə”, “Aldiplomasy” internet nəşrləri, “Rayetmısr” və “Egyptnyusonlayn” portalları Ermənistanın növbəti hərbi təxribatı barədə Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətini, Prezidentin köməkçisi- Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bəyanatını, Müdafiə Nazirliyinin məlumatlarını yayıb.

Qətərin nüfuzlu “Əl Cəzirə” telekanalı Ermənistanın və separatçı, qondarma Dağlıq Qarabağ rejiminin Azərbaycana qarşı növbəti təcavüzü, dinc insanların qətlə yetirilməsi və mülki obyektlərin dağıdılması barədə reportaj yayıb. Telekanalın müxbiri qeyd edib ki, düşmənə layiqli cavab verən Azərbaycan Silahlı Qüvvələri bütün cəbhə boyu əks-hücuma keçib.

Digər nüfuzlu televiziya kanalı – “Əl Ərəbiyə” də Ermənistanın hərbi təcavüzü haqqında reportajı efirə verib. Telekanalın müxbiri qeyd edib ki, Azərbaycan təxribatçı Ermənistanın silahlı qüvvələrinə güclü zərbələr endirir.

Ermənistanın hərbi təcavüzü ərəb ölkələrinin digər mətbuat orqanları – “Arabnyus”, “Gulf Times”, “Khaleejtimes”, “Thenational” tərəfindən geniş işıqlandırılıb.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Qarabağ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Putin bu barədə danışanda yəqin ki… – İlham Əliyev

Səmərəlilik, nəticəlilik baxımından, əlbəttə, Minsk qrupu özünü doğrultmadı. Mən həmsədrlə…