Əsas Səhifə Dünya Ərdoğan cümə günü müjdəni verəcək, ancaq biz

Ərdoğan cümə günü müjdəni verəcək, ancaq biz

2 dəqiqə oxundu
0
0
320

Müjdəni verməyi hörmətli Prezidentimizə buraxaq, amma Zonquldağ sahillərində təbii qaz tapıldığını biz də son 1-2 gün ərzində öyrəndik.

Sosialxəbər.az xəbər verir ki, bu açıqlama ilə Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçək çıxış edib.

“Blumberq” agentliyinin yaydığı xəbəri şərh edən D.Perinçək deyib:

“Cümə gününü gözləmədən proqramda yaxşı xəbər elan edildi. Zonquldağ sahillərində karbohidrogen yataqları və təbii qazın olduğunu öyrəndik. Ancaq Prezidentimiz müjdəni özü verəcək, icazə verin, bu yaxşı xəbərin nə olduğu barədə bir açıqlama yaymayaq”.

Qeyd edək ki, “Blumberq agentliyi Türkiyənin Qara dənizdə enerji mənbələri tapdığı barədə məlumat yayıb. Bundan öncə isə Prezident Rəcəb Tayyib Ərdoğan açıqlamasında cümə günü yeni xəbəri ictimaiyyətlə bölüşəcəklərini bəyan edib.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Dünya

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Erməni təxribatı nəticəsində 2 məktəbli həlak oldu

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nə…