Əsas Səhifə Başliqlar Ərdoğan dünyaya səsləndi: Azərbaycanın yanında olun!

Ərdoğan dünyaya səsləndi: Azərbaycanın yanında olun!

2 dəqiqə oxundu
0
0
13

Azərbaycana qarşı hücumlarına yenisini əlavə edən Ermənistan bir daha bölgədəki sülh və əmin-amanlığa ən böyük təhdid olduğunu göstərdi.

Sosialxəbər.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, türk milləti hər zaman olduğu kimi, bu gün də bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanındadır:

“Ermənistanın təxribatçı təcavüzünə qarşı lazımlı reaksiya göstərə bilməyən beynəlxalq ictimaiyyət bir daha ikili standartlarını nümayiş etdirir. Təxminən 30 ildir səhlənkar münasibətini qoruyan Minsk üçlüyü, təəssüf ki, həll yönümlü olmaqdan çox uzaqdır. Erməni xalqını onları fəlakətə sürükləyən hakimiyyətlərinə və onları kukla kimi istifadə edənlərə qarşı öz gələcəklərinə sahib çıxmağa çağırıram. Eyni zamanda bütün dünyanı zülmə və ədalətsizliyə qarşı mübarizə aparan Azərbaycanın yanında yer almağa çağırıram”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Başliqlar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

BƏƏ vətəndaşları viza almadan İsrailə səfər edə biləcək

BƏƏ vətəndaşları viza almadan İsrailə səfər edə biləcək. Sosialxəbər.az xəbər verir ki, bu…