Əsas Səhifə Dünya “Əsrin müqaviləsi” reallaşır

“Əsrin müqaviləsi” reallaşır

5 dəqiqə oxundu
0
0
376

BƏƏ-nin ardınca Səudiyyə Ərəbistanı, Qətər, Mərakeş, Oman və Bəhreynin İsraillə münasibətləri normallaşdırmağa hazırlaşması ABŞ-ın təqdim etdiyi “Əsrin müqaviləsi” planının pərdəarxası məqamlarından xəbər verir.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a politoloq İlqar Vəlizadə Səudiyyə Ərəbistanı, Qətər, Mərakeş, Oman və Bəhreynin BƏƏ ilə anlaşmanın nəticələrini əsas götürərək, İsraillə münasibətləri normallaşdırmağa hazırlaşması haqda səslənən iddiaları şərh edərkən deyib.

O bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri və İsrail arasında diplomatik əlaqələrin qurulması barədə əldə edilən razılıq müsəlman ölkələri üçün domino effekti yarada bilər:

“Ərəb-İsrail müharibəsinin uzun müddət öncə bitməsinə baxmayaraq, savaşda iştirak edən ölkələr faktiki olaraq İsraillə sülh müqaviləsi imzalamamışdı. Bəzi müsəlman ölkələri hələ də İsraili özləri üçün düşmən, region üçün isə yad hesab edirlər.

Digər tərəfdən, İsrailin Fələstin torpaqlarını sürətlə ilhaq etməsi, Qüdsü öz paytaxtı elan etməsi ərəb ölkələri ilə İsrailin münasibətlərini yenidən gərginləşdirməyə bəs edirdi. Lakin İsrail-Fələstin münaqişəsinin həlli üçün ABŞ-ın təqdim etdiyi “Əsrin müqaviləsi” planı əvvəlcə “ölü doğulmuş uşaq” adlansa da, bu gün bunun heç də belə olmadığını görürük”.

Politoloq deyib ki, bir müddət öncə BƏƏ və İsrail arasında diplomatik əlaqələrin qurulması haqda razılaşma digər müsəlman ölkələrinin bir çoxunun bənzər addım atacağının işarəsini vermişdi:

“Əslində, bu yöndə ilk addımı Misir atmışdı. Hətta rəsmi Qahirənin İsraillə münasibətləri normallaşdırması digər müsəlman ölkələrlə münasibətlərinin pozulmasına gətirib çıxarmışdı. Lakin BƏƏ-nin də Misir kimi İsraillə münasibətləri yenidən bərpa etməsi, əslində bir çox müsəlman ölkəsinin İsraillə əməkdaşlıqda maraqlı olduğunu göstərir. Səudiyyə Ərəbistanı, Qətər, Mərakeş, Oman və Bəhreynnin BƏƏ ilə anlaşmanın nəticələrini əsas götürərək, İsraillə münasibətləri normallaşdırmağa hazırlaşdıqları haqda informasiyanın yayılması təsadüf deyil. Əgər bu real olarsa, ABŞ-ın təqdim etdiyi layihə sözün əsl mənasında “Əsrin müqaviləsi” olacaq”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
  • Saakaşvili Gürcüstana qayıtmayacaq

    Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili vədlərinə rəğmən vətənə qayıtmayacaq. Sosialx…
  • Ruhani: ABŞ bunu bacarmadı

    ABŞ BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiya tətbiqini bərpa edə bilmədi. Sosialxə…
  • Belarusa niyə kredit veririk?

    Rusiya Belarusa kredit ayırmaqla həm bu ölkənin, həm də özünün iqtisadiyyatını inkişaf etd…
Daha çox yükləyin Dünya

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Ermənilərin məqsədi açıq-aşkar görünür” ÖZƏL-MÜNASİBƏT

Azərbaycana Suriyadan döyüşçülərin gəldiyi barədə ermənilərin davamlı şəkildə dezinformasi…