Əsas Səhifə Slide-az ƏƏSMN-də QHT-lərlə birgə ictimai müzakirə keçirilib – FOTOLAR

ƏƏSMN-də QHT-lərlə birgə ictimai müzakirə keçirilib – FOTOLAR

10 dəqiqə oxundu
0
0
38
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və nazirlik yanında İctimai Şuranın təşkilatçılığı ilə “Ünvanlı dövlət sosial yardımı ilə bağlı müraciətin və əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi sahəsində mövcud vəziyyət və sistemin təkmilləşdirilməsi perspektivləri” mövzusunda ictimai müzakirə keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Sosialxəbər-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev vurğulayıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 23 fevral 2015-ci il tarixli Fərmanına əsasən nazirlik tərəfindən ünvanlı dövlət sosial yardımı üzrə avtomatlaşdırılmış infrastrukturun qurulması nəticəsində aztəminatlı ailələr sosial yardım sistemi üzrə sürətli, rahat və şəffaf xidmətlərə çıxış imkanları əldə ediblər: “Cari il fevralın 15-dən ölkədə ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) vasitəsilə müraciətlərin qəbulu, onlara baxılması, yardım təyin olunub-olunmaması barədə qərarın qəbulu prosesi tam avtomatlaşdırılmış şəraitdə həyata keçirilir. Burada heç bir məmur iştirakı mümkün deyil və şəffaflıq tam təmin olunub. Sistemin fəaliyyəti gözlənilən effekti verir. Vətəndaşların təmsil etdikləri ailələrin sosial yardım almaq hüququna baxılması üçün elektron sistemdən istifadəsində, “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” e-xidməti vasitəsilə müraciət etmələrində də heç bir problem, çətinlik yaşanmır. Hazırda da aztəminatlı ailələrə ünvanlı sosial yardımların avtomatlaşdırılmış rejimdə təyinatı prosesi normal qaydada davam etdirilir”.
İ.İsayev bu sahə ilə bağlı vətəndaşlar tərəfindən şikayət xarakterli müraciətlərin də demək olar ki, sıfıra endiyini, ümumən cəmiyyətin bu islahat tədbirini rəğbətlə qarşıladığını, İKT-nin sosial yardım sahəsi üzrə peşəkar səviyyədə tətbiqinin nəticəsi olan VEMTAS-ın Azərbaycana məxsus uğurlu innnovativ təcrübə olduğunu diqqətə çatdırıb. O, nazirliyin elektron sistemlərindən biri olan əmək müqavilələrinin elektron qeydiyyat sisteminin də əmək bazarına müasir əsaslar üzərində çevik və obyektiv dövlət nəzarəti mexanizmini formalaşdırdığını qeyd edib: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2014-cü il 3 fevral tarixli Fərmanının icrası olaraq 2014-cü ilin iyulundan tətbiq olunan bu sistem əmək münasibətlərinin elektron müstəvidə şəffaflaşdırılmasına, əmək bazarında baş verən prosesləri aydın şəkildə izləməyə və uçotunu aparmağa, işçilərin əmək hüquqlarının müdafiəsinin səmərəli təşkilinə şərait yaradıb. Sistemdən istifadədə də aktivlik müşahidə olunur. Misal üçün, bu ilin 11 ayında “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətinə müraciətlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 33,7 faiz artaraq, 1 759 188-ə çatıb. Sistem digər tərəfdən, işçilərə onlarla bağlanmış əmək müqaviləsi bildirişləri barədə real vaxt rejimində məlumat əldə etmək imkanı verir. Bu məqsədlə fəaliyyət göstərən “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən isə təkcə bu ilin 11 ayında 166 065 dəfə istifadə edilib”.
Tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının İnformasiya texnologiyaları şöbəsinin müdiri Elnur Məcidovun ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi, Əmək müqavilələrinin elektron qeydiyyat sistemi, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminə dair təqdimatları ilə davam edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Mayis Əliyev, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev və b. çıxış edərək, qeyd olunan elektron sistemlərin müvafiq sahələrdə idarəetmənin və xidmətlərin şəffaflaşdırılmasında, müasir iş mexanizmlərinin formalaşdırılmasında xüsusi önəm kəsb etdiyini vurğulayıblar. Tədbirdə ünvanlı dövlət sosial yardımı ilə bağlı müraciətin və əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi sahəsində mövcud vəziyyət, habelə sistemin təkmilləşdirilməsi perspektivləri barədə müzakirələr aparılıb, təklif və tövsiyələr səsləndirilib.
Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Slide-az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…