Əsas Səhifə Cəmiyyət Əli Əhmədov:”Minsk qrupu fəaliyyətində ciddi dönüş yaratmalıdır”

Əli Əhmədov:”Minsk qrupu fəaliyyətində ciddi dönüş yaratmalıdır”

2 dəqiqə oxundu
0
0
28

“ATƏT-in Minsk qrupunun neçə illik fəaliyyətinin heç bir qaneedici nəticəsi yoxdur. Belə olan halda hər hansı bir kardinal addımların atılmasına ehtiyac yaranır”. Məlumata görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının İcra katibi-Sədr müavini, Baş nazirin müavini Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzadılması təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün təhlükəlidir: “Mən hesab edirəm ki, Minsk qrupu özünün fəaliyyətində ciddi dönüş yaratmalıdır, ya da yeni bir nəfəs gəlməlidir”.

Baş nazirin müavininin sözlərinə görə, Azərbaycan dəfələrlə öz mövqeyini bildirib ki, əgər Minsk qrupu öz fəalityyətini dəyişdirməsə, münaqişənin həllinə nail olmasa, istər-istəməz sual yaranacaq ki, bundan sonra da torpaqlarımızın işğal altında qalmasına ehtiyac varmı və Minsk qrupunun tərkibinin dəyişilməz saxlanılması nə dərəcədə məntiqə uyğundur”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…