“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin nəzdində faəliyyət göstərən “Gənc Əlillərə Dəstək” Mərkəzi və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin birgə əməkdaşlığı ilə Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş “Fiziki Məhdudiyyətli Gənclər Arasında Dama Üzrə Turnir” təşkil olundu.

Bu barədə Sosialxəbər.az-a Mərkəzin rəhbəri Səfanə Dadaşzadə məlumat verib. Onun sözlərinə görə,Mərkəz 2018-ci ildən ƏSMİD İctimai Birliyinin nəzdində fəaliyyət göstərir və otuza yaxın aktiv əlilliyi olan gənc üzvüləri var. Bu günki təşkil olunan yarış həm şəhərimizin yubleyi ilə əlaqədar,həm də gənclərə göstərilən diqqət və qayğının nümunəsidir deyə bildirib.

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Humbətov iştirakçıları salamlayaraq şəhərimizdə görülən işlər və ölkəmizdə gənclərə göstərilən diqqətdən danışdı. O,ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır.

Bu siyasət çərçivəsində uğurla icra olunan bir sıra tədbirləri sadalamaqla biz gənclərimizin dövlətçiliyə bağlı, intelektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasının şahidi oluruq. Bu gün məhz fiziki məhdudiyyətli gənclərin ölkəmizin mədəni,siyasi həyatında aktiv iştirakı bizim prezidentimizin uğurlu siyasətinin nəticəsidir deyə vurğulayıb.
Sonda qalib olan əlilliyi olan gənclər Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən medal,diplom və hədiyyələrlə təltif olundular.