Əsas Səhifə Cəmiyyət Əlilliyi olan istedadlı insanların iştrakı ilə sərgi və konsert proqramı təşkil olundu

Əlilliyi olan istedadlı insanların iştrakı ilə sərgi və konsert proqramı təşkil olundu

5 dəqiqə oxundu
0
0
5

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, “AAAF-PARK” İstirahət Mərkəzinin təşkilatı dəstəyi ilə “İstedadlı Əlillər” İctimai Birliyi əlilliyi olan istedadlı insanların iştrakı ilə konsert və sərgi təşkil etdi.

Sosialxəbər.az xəbər verir ki,tədbirdə əlilliyi olan istedadlı müəlliflərin əl işlərinin satış-sərgisi təşkil olunmuşdur. Sərgidə 12 nəfər müəllifin 300-dən artıq əl işi gün ərzində nümaiş olundu. Müəlliflərin özləri əsərlərini sərginin izləyicilərinə və əsərləri alanlara təqdim edilirdi. Günün axşam saatlarında isə əlilliyi olan istedadlı musiqiçilərin ifasında maraqlı konsert proqramı dinlənildi. Bəhlul Tufanın, Mehman Çingizoğlunun, .Rubabə Mahmudova,Minayyə Şirinova,Təvəkkül Bərdəli,Mehrac Dünyamalıyev,Məhəmməd Abışov,Aysel,Nurlan Salmanov
ifaları izləyicilərin böyük marağına səbəb oldu. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Abşeron rayon İcra Hakimiyyətinin, Hökumət və QHT-in, KİV nümayəndələri iştrak edirdi.

Tədbirdə İstedadlı Əlillər İctimai Birliyinin sədr müavini Qubad Qasımov təşkilatın fəaliyyəti, həyata keçirilən sosialyönlü layihələr haqqında danışdı: “Bu günkü tədbirimiz də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyilə Abşeron rayonunda yaşayan sağlamlıq imkanları məhdud uşaqlar üçün yaradılan “İcma əsaslı sosial reabilitasiya xidməti mərkəzi” adlı layihəmizin tərkib hissəsidir. Layihənin məqsədi uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, uşaqların koqnitiv bacarıqlarının inkişaf etdirilməsi, sosial-psixoloji dəstəyin göstərilməsi, ailələrin maarifləndirilərək səlahiyyətləndirilməsi, onların sosial xidmətə çıxışının təmini, sosial işin təşkili vasitəsi ilə bu qəbildən olan ailələrə dəstək olunmasından ibarətdir. Bu günkü sərgi və konsertin təşkilidə əlilliyi olan istedadlı insanların özlərini və bacarıqlarını cəmiyyətə təqdim etməkdir.”
Daha sonra tədbirə dəvət olunan rəsmi qonaqlar çıxışlar etdilər.

Təşkil olunan sərgi və konsert proqramı iştrakçılara və qonaqlara xoş təsir bağışladı.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Bunu da oxu

Fəzail Ağamalının seçicilərlə görüşü davam edir

Fəzail Ağamalının seçicilərlə görüşü davam edir.Sosialxəbər.az xəbər verir ki, yanvarın 18…