Əsas Səhifə Slide-az Əlilliyi olan şəxslərin əl işlərinin satış – sərgisi keçirilir

Əlilliyi olan şəxslərin əl işlərinin satış – sərgisi keçirilir

2 dəqiqə oxundu
0
0
49

30 noyabr – 1 dekabr tarixlərində “Park Bulvar”da Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi keçirilir.

Sosialxəbər.az verdiyi məlumata görə, 3 dekabr – Beynəlxalq Əlillər Gününə həsr olunmuş sərginin məqsədi əlilliyi olan istedadlı şəxslərin fəaliyyətini ictimaiyyətə təqdim etmək, əl işlərinin satışına dəstək göstərməkdir.

Sərgidə əlilliyi olan şəxslər tərəfindən hazırlanmış suvenirlər, ağac üzərində oymalar, xalçaçılıq, tikmə və toxuma nümunələri, rəsmlər, bəzək əşyaları və aksesuarlar və s. nümayiş olunur.

Qeyd edək ki, KOBİA əlillər və sosial həssas qrupa aid insanlar arasında sahibkarlıq fəaliyyətini təşviq edir, onların hazırladığı əl işlərinin nümayiş olunmasına və satışına dəstək üçün müxtəlif sərgilərdə, həmçinin sahibkarlıq sahəsində bilik və bacarıqlarının artırılması üçün təlim və seminarlarda iştirakına dəstək göstərir.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Slide-az

Bir cavab yazın

Bunu da oxu

Bu dövlət qurumun 5 əməkdaşı koronaya yoluxdu

Sumqayıt Telekommunikasiya Qovşağının (STQ) beş əməkdaşı koronavirusa yoluxub. Sosialxəbər…