Əsas Səhifə Slide-az Əlilliyi olan şəxslərin Mərkəzləşdirilmiş Elektron İnformasiya Bazası yaradılır

Əlilliyi olan şəxslərin Mərkəzləşdirilmiş Elektron İnformasiya Bazası yaradılır

2 dəqiqə oxundu
0
0
3

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində əlilliyi olan şəxslərin Elektron İnformasiya Bazası yaradılır.

Bu barədə Sosialxəbər.az-a Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. İnformasiya bazasına əlilliyi olan şəxslər barədə zəruri məlumatlar daxil ediləcək. Məlumat üçün bildirək ki, 2015-ci ilin dekabr ayından etibarən ölkəmizdə əlilliyin qiymətləndirilməsi prosesi elektronlaşdırılıb.

Həmin dövrə qədər müddətsiz əlillik təyinatı aparılmış əlilliyi olan şəxslər barədə elektron sistemdə məlumatlar mövcud olmadığından, yeni informasiya bazasına qeyd olunan dövrə qədər müddətsiz əlillik təyinatı aparılmış 170 minədək şəxs barədə məlumatlar daxil ediləcək. Bazada müddətsiz əlillik dərəcəsi olan şəxslərlə yanaşı, müddətli əlillik təyinatı aparılmış vətəndaşların da məlumatları toplanacaq.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Slide-az

Bir cavab yazın

Bunu da oxu

Dəhşətli virusa yoluxanların sayı minə yaxınlaşır

Çində aşkarlanan koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların s…