Əsas Səhifə Hadisə Əliqulu Ağaliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib

Əliqulu Ağaliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib

4 dəqiqə oxundu
0
0
18

İşgəncə etməkdə təqsirli bilinən Qaradağ rayon Polis İdarəsinin sabiq rəis müavini Əliqulu Ağaliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sosialxəbər.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə onun ittiham olunduğu Cinayət Məcəlləsinin 293-2-ci (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi 293-1-ci maddəyə tövsif edilib.

Həmin maddənin sanksiyası çərçivəsində cəzaçəkmə müddəti başa çatdığı üçün Əliqulu Ağamaliyevə cəza təyin edilməyib.

Qeyd edək ki, Əliqulu Ağaliyev Cinayət Məcəlləsinin 293.2-ci (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi ilə ittiham edilib.

Zərərçəkmiş qismində Əli Allahverdiyev tanınıb. Əliqulu Ağaliyevin iştirakı ilə Əli Allahverdiyevə işgəncə verilib.

Əliqulu Ağaliyev barəsində polisin nəzarəti verilmə qətimkan tədbiri seçilib.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
  • Lənkəranda zəlzələ olub

    Lənkəranda zəlzələ olub. Sosialxəbər.az bildirir ki, Respublika Seysmoloji Xidmət Mərkəzin…
  • “Azərişıq” əməkdaşları güllələndi

    Masallı rayonunda Azərişıq ASC-nin əməkdaşlarının güllələnməsi hadisəsi ilə bağlı cinayət …
  • Sumqayıtda ağır qəza

    Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib. Sosialxəbər.az-ın məlumatına görə, hadis…
Daha çox yükləyin Hadisə

Bir cavab yazın

Bunu da oxu

DTX Respublika Günü ilə bağlı videokompozisiya hazırladı

Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzi tərəfindən 28 May – Respublika G…