Əsas Səhifə Cəmiyyət Əliyeva İrəvanda festival keçirəcək

Əliyeva İrəvanda festival keçirəcək

3 dəqiqə oxundu
0
0
29

Sosialxəbər.az bildirir ki, Top-news.am nəşri açıq şəkildə nümayiş etdirdi ki, nəinki bizim ölkə rəhbəri, həmçinin Birinci vitse-prezident Mehriban Əliyeva şəxsiyyəti erməni ictimaiyyətini elə bir vahiməyə salır ki, orada aydın və ya “xoş olmayan” sözlər işlədənlər dərhal hədəfə alınır. Belə ki, erməni jurnalistlərin xəstə təxəyyülü deputat Ayk Sərkisyanın silahlı qüvvələrdə bir aylıq xidməti nəzərdə tutan qanunvericilik təşəbbüsünü Mehriban Əliyevanın Qarabağda muğam eşitmək arzusu haqqındakı fikirlərinin davamı sayır.

“Bir anlıq digər deputatların və baş nazirin öz dostlarının təşəbbüsünü mühakimə edəcəkləri, hətta onu istefaya çağıracaqları düşünülsə də, gözlənilənin əksi baş verdi. Sən demə, bu ideyanı Ermənistan parlamenti Müdafiə və təhlükəsizlik komissiyasının sədri Andranik Köçəryan dəstəkləyirmiş. Hətta Ayk Sərkisyan iddia edir ki, onun həmkarları arasında bu məsələni dəstəkləyən çoxlu şəxs var”, – deyə nəşr yazır və belə bir qənaətə gəlir ki, məsələnin nəzəri hissəsini Mehriban Əliyeva diktə edir, Ayk Sərkisyan və Andranik Köçəryan isə onu təcrübədə tətbiq edir.

Erməni mənbəsi məqaləni qəmli notlarla yekunlaşdıraraq, tezliklə nəinki Qarabağda muğam oxunacağı, həm də İrəvanda muğam festival keçiriləcəyi fikri ilə tamamlayır.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Bunu da oxu

Kür çayında boğulma hadisəsi baş verib

Kür çayında boğulma hadisəsi baş verib. Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a Fö…