Əsas Səhifə Slide-az Əmək haqqı ilə bağlı dəyişiklik

Əmək haqqı ilə bağlı dəyişiklik

5 dəqiqə oxundu
0
0
31

Nazirlər Kabineti yeni qaydaları təsdiqlədi

Əmək haqqı ilə bağlı dəyişiklik İcraatında inzibati xəta haqqında iş olan hakimin yanına, səlahiyyətli orqana (vəzifəli şəxsin yanına) zərər çəkmiş və şahidlərin qanuni nümayəndələri kimi çağırılan şəxslərin işdə olmadıqları müddət ərzində iş yerində onların əmək haqqı müəyyən edilmiş qaydada saxlanılacaq

Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsindən irəli gələn bəzi məsələlər haqqında” qərarında etdiyi dəyişiklikdə əksini tapıb.

Əmək münasibətlərində olmayan qanuni nümayəndələr adi məşğuliyyətlərindən ayrıldıqlarına görə faktiki sərf olunmuş vaxt və əməyin ödənilməsinə görə hər gün üçün 1,65 manat əvəz alacaqlar.

Qanuni nümayəndələrə icraatında inzibati xəta haqqında iş olan hakimin yanına, səlahiyyətli orqana (vəzifəli şəxsin yanına) gəlməklə əlaqədar nəqliyyat xərcləri (taksidən başqa), kommunal xərcləri və gündəlik xərclər ödəniləcək. Onlara verilməli məbləğlər inzibati xətalar haqqında işlər fiziki şəxslər barəsində olduqda dövlət hesabına ödəniləcək, hüquqi şəxslər barəsində olduqda isə həmin şəxslərin üzərinə qoyulacaq. Zərər çəkmiş və şahidlərin qanuni nümayəndələrinə verilməli məbləğlər inzibati xətalar haqqında işlər fiziki şəxslər barəsində olduqda həmin işə baxan məhkəmənin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarı əsasında dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına, hüquqi şəxslər barəsində olduqda isə həmin hüquqi şəxslər tərəfindən müvafiq depozit xəzinə hesabına keçirilmiş vəsait hesabına ödəniləcək. Nəzərdə tutulan məbləğ məhkəmənin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarı əsasında qanuni nümayəndələrə onların yaşadığı yer üzrə ərazi maliyyə orqanları tərəfindən həmin şəxslər tərəfindən ərizə və məhkəmənin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı təqdim edildikdən sonra bir ay müddətindən gec olmayaraq veriləcək.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Slide-az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…