Əsas Səhifə Slide-az Əmək pensiyası alan I dərəcə əlillərə Prezidentin təqaüdünün təyin edilməsi üçün sənəd qəbuluna başlanıldı

Əmək pensiyası alan I dərəcə əlillərə Prezidentin təqaüdünün təyin edilməsi üçün sənəd qəbuluna başlanıldı

4 dəqiqə oxundu
0
0
46

Prezident cənab İlham Əliyevin 15 aprel 2019-cu il tarixli Fərmanlarının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aprel ayı üzrə 460 000 nəfər şəxsə sosial müavinət və təqaüdlərin artırılmış məbləğlərdə avtomatlaşdırılmış şəkildə ödənilməsi təmin edilib.

Bu barədə Sosialxəbər.az-a ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda deyilir. Eyni zamanda, həmin Fərmanlara əsasən, əmək pensiyası alan I dərəcə əlilliyi olan şəxslərə və müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün həmin vətəndaşlardan artıq sənəd qəbuluna başlanılıb.

Əmək pensiyası alan I dərəcə əlilliyi olan şəxslər onlara təqaüdün (100 manat) təyin edilməsi üçün nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun yaşadıqları rayon (şəhər) şöbəsinə yalnız ərizə təqdim edirlər.
Müharibə veteranlarının isə onlara təqaüd (80 manat) təyin olunması üçün ərizə və müharibə veteranı vəsiqəsini təqdim etmələri kifayət edir.

I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Prezidentin təqaüdünün (50 manat) verilməsi üçün isə qaydaların layihəsi hazırlanaraq artıq təqdim edilib.
Həmin təqaüdün I dərəcə əlilliyi olan şəxslərin ərizəsi əsasında müəyyən edilən şəxsə ödənilməsi nəzərdə tutulur. Ərizədən başqa, onlardan digər sənəd tələb olunmayacaq.
Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlər üçün aylıq təqaüd isə həmin uşaqlara görə aylıq sosial müavinət alan şəxslərə (heç bir sənəd tələb edilmədən) təyin olunub veriləcək.
Bu təqaüdlərin hər birinin 1 aprel 2019-cu il tarixdən hesablanmaqla ödənilməsi təmin ediləcək.

Daha çox oxşar yazı
  • Ən kritik ssenariyə hazır olmalıyıq

    Koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. İyulun 16-dan bu günə …
  • Bakıda park yandı

    Bakı şəhəri, Nəsimi rayonu, A.Bakıxanov küçəsində yerləşən parkda ağaclıq yanır. Sosialxəb…
  • MM-də müzakirə

    Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə aztəminatlı ailələrdən olan tələbələrə təhsil…
Daha çox yükləyin: Səbinə Kərimova
  • Ən kritik ssenariyə hazır olmalıyıq

    Koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. İyulun 16-dan bu günə …
  • Bakıda park yandı

    Bakı şəhəri, Nəsimi rayonu, A.Bakıxanov küçəsində yerləşən parkda ağaclıq yanır. Sosialxəb…
  • MM-də müzakirə

    Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə aztəminatlı ailələrdən olan tələbələrə təhsil…
Daha çox yükləyin Slide-az

Bir cavab yazın

Bunu da oxu

Ən kritik ssenariyə hazır olmalıyıq

Koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. İyulun 16-dan bu günə …